Xəbərlər
"Layiqli Əmək günü " münasibətil ittifaq üzvləri ilə görüş keçirib

"Layiqli Əmək günü " münasibətil ETİHİ Yevlax Şəhər Komitəsinin mütəxəssisi Dərya Abdullayeva Yevlax Şəhər Uşaq Gənclər İdman və Şahmat məktəbində ittifaq üzvləri ilə görüş keçirib.O, görüş zamanı bildirib ki, hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı,iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları, sağlam mühitin təmin edilməsi nəzərdə tutulur.










