“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Layiqli Əmək günü " münasibətilə ittifaq üzvləri ilə görüş keçirib

06/10/2026, 10:47
xeber1

"Layiqli Əmək günü " münasibətilə ETİHİ Yevlax Şəhər Komitəsinin mütəxəssisi Dərya Abdullayeva Yevlax Şəhər 7 və 8 saylı körpələr evi uşaq bağçalarında ittifaq üzvləri ilə görüş keçirib.O, görüş zamanı bildirib ki, hər il 7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Beynəlxalq əmək təşkilatının layiqli əmək konsepsiyası qadınlar və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsi deməkdir. Layiqli əmək deyiləndə ilk olaraq əmək haqqı,iş yerlərində işçilərə yaradılan şərait və texniki təhlükəsizlik qaydaları, sağlam mühitin təmin edilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: