Xəbərlər
Lənkəran Dövlət Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının növbəti seçim mərhələsi keçirilib

Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsi üçün növbəti seçim turu Lənkəran Dövlət Universitetində keçirilib.
Seçim mərhələsində universitetin 35 tələbəsi vokal ifaçılığı, poetik deklamasiya, instrumental ifa və səhnə kompozisiyaları kimi müxtəlif janr və istiqamətlər üzrə çıxış edərək öz yaradıcılıqlarını nümayiş etdiriblər.
Budəfəki seçim mərhələsində münsiflər heyətində Xalq artisti Təranə Muradova, Əməkdar artist Rəşad Həşımov və ustad tarzən Arslan Növrəsli yer alıblar.




