Xəbərlər
LƏNKƏRAN ŞƏHƏRİNİN FÜSUNKAR GUŞƏLƏRİNƏ SƏYAHƏT

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 158 saylı tam orta ümumtəsil məktəbin ittifaq üzvləri üçün Lənkəran şəhərinə bir günlük gəzinti təşkil edilib.
Səfər zamanı ittifaq üzvləri Lənkəranın zəngin təbiəti, tarixi-mədəni məkanları və füsunkar guşələri ilə tanış olublar. Xəzər sahilinin gözəlliklərini seyr edən, şəhərin özünəməxsus ab-havasını yaxından hiss edən ittifaq üzvləri xoş və yaddaqalan anlar yaşayıblar.
Asudə vaxtın səmərəli təşkili məqsədilə həyata keçirilən səfər kollektiv üzvlərinin bir araya gələrək mənalı istirahət etməsinə, qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaradıb.
Səfər iştirakçıları Lənkərandan xoş təəssüratlarla ayrılıb, onlar üçün yaradılan bu gözəl istirahət imkanına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.





