“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Lerikdə 1 iyun üşaqların Beynəlxalq mündafiəsi günü tədbiri keçirildi.

02/06/2025, 12:58
xeber1

30 may 2025-ci il tarixində Lerik Rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edilib. Tədbir şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olan, eləcə də aztəminatlı ailələrin uşaqları üçün keçirilib.

Bayram tədbirində Lerik Rayon Təhsil Sektorunun müdiri, ATİAHİ Lerik Rayon Komitəsinin sədri, rayonun ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyət iştirak edib.

Tədbir zamanı çıxışlar dinlənilib, şagirdlər tərəfindən hazırlanan maraqlı səhnəciklər nümayiş etdirilib.

Bu tədbir uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətin onlara olan diqqət və qayğısını da əks etdirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: