“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Lerikdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

20/01/2026, 11:40
xeber1

Lerikdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

“20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar Lerik rayon təhsil işçiləri Lerik Şəhidləri Kompleksini ziyarət edib.

Anım mərasimində Lerik Rayon şəhid ailələri, təhsil işçiləri, həmçinin yerli sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənin azadlığı və ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək kompleksin önünə tər qərənfillər düzüblər.

Saat 12:00-da Lerik rayonunda da 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

https://www.facebook.com/profile.php?id=61570902593317&__cft__[0]=AZY52BBpPHSE_y6ipPNWbRTu0UmG1gi7hAw9a-XAfzRcJPRLEkHljO_95ufgg7BxpKqz8tc-UMuT7HfVw5dqyhs5Da-qetTolGwG83vD5N592mJM7gHfP_OaTLjSqZVWiRwxAU-0puxpgHSL4Vftr77AswybRfTV_8Te6PoBAUlk3eZvfu-fxgLUJN22z7395wnVwVFuqug1PY4VexXCNhjK&__tn__=-UC%2CP-R

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: