“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Lerikdə 70 yaşı tamam olan müəllimlərin yubiley yaş tədbiri qeyd edildi.

07/04/2026, 16:38
xeber1

Lerik rayon ümumtəhsil müəsissələrində çalışan, çalışmanın son yaş hədddinə çatmış dörd nəfər müəllimin doğum günü qeyd edildi. Təbdirdə Lerik Rayonu Sarxan Bəşirov adına Nuravud kənd tam orta ümumtəhsil məktəbin kimiya müəllimi, təhsilə ömrünün 47 ilini həsr etmiş "Əməkdar müəllim" Əzizov Əhməd Şirzaid oğlu, Lerik Rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbinin Rus dili müəllimi, üzün müddət məktəb direktoru olmüş. ömrunun 46 ilini təhsilə sərf etmiş Səfərov Tofiq Heydər oğlu və həmin məktəbin riyaziyyat müəlimi, ömrünün 45 ilini təhsilə sərf etmiş, şəhid atası Rəhmətov Hüseynverdi Məmmədxan oğlu, Lerik rayonu Boykəndil kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyyə müəllimi ömrünün 42 ilini təhsilə həsr etmiş Həsənov Hacıbaba Zahirəli oğlunu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsi tərəfindən təbrik edildi, sonda rayon komitəsinin qiymətli hədiyələri və fəxri fərmala təltif olundular.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: