Xəbərlər
Lerikdə əmək intizamı ilə bağlı tədbir keçirildi
27/10/2025, 15:48

27 oktyabr 2025-ci il tarixdə ETİHİ Lerik Rayon Komitəsinin sədri Cəlil Abbasov, Lerik Rayon Təhsil Sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Rövşən Məmmədov, sektor əməkdaşları və Lerik rayon ümumtəhsil məktəblərin direktorları ilə əmək intizamı ilə bağlı maarifləndirici görüş keçirilib.
Mövzu ilə bağlı çıxış edən C.Abbasov əmək intizamının təhsil müəssisələrində iş keyfiyyətinə, nizamlı iş mühitinə və nəticəyə təsiri barədə ətraflı danışdı.
Müəssisə rəhbərlərinə kollektivə intizamlı, məsuliyyətli və qarşılıqlı hörmətə əsaslanan əmək münasibətlərinin vacibliyi bir daha xatırladıldı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.










