Xəbərlər
Lerikdə gənc müəllimlərlə görüş keçirilib
03/10/2025, 14:00

Lerik rayonuna təyinatla gələn gənc müəllimlərlə “Həmkarlar təşkilatının fəaliyyəti” mövzusunda görüş təşkil olunub. Tədbirdə həmkarlar təşkilatının fəaliyyəti, məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Görüşdə vakant ixtisaslar üzrə tarix, coğrafiya, kimya, ingilis dili, Azərbaycan dili və digər fənlərdən təyinat alan 96 müəllimdən 82-si iştirak edib.









