“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Lerikdə təhsil işçiləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin təşkilatçılığı ilə gülqoyma mərasimi keçirilmişdir.

10/05/2026, 14:34
xeber1

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin təşkilatçılığı ilə gülqoyma mərasimi keçirilmişdir.

Mərasimdə Lerik rayonu üzrə təhsil sektorunun müdir əvəzi və əməkdaşları, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də təhsil müəssisələrində çalışan işçilər iştirak etmişlər.

İştirakçılar xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad etmişlər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin inkişafı istiqamətindəki misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycan xalqının tərəqqi yolunda mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq qalır.

https://www.facebook.com/profile.php?id=61570902593317&__cft__[0]=AZb6QHCVgDQEbVVxNlT8_1pX99qeVpjbAlRp3PmeZS7Zftq4dzcK31rWwklRQwSeaEk8V-slxRcQnwRlWppO7kX3bgul1q6FmR4F6FfvmjkQ21sqzRwKqYnPbfVLUeKxml6SPud47c8aB5BpySI6Ae-BnZKm6FTvzNU5FBylKoOv9A&__tn__=-UC%2CP-R

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: