Xəbərlər
Lerikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə şahmat turniri keçirildi

Bu gün ETİHİ Lerik Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyini keçirildi.
Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Cəlil Abbasov, Rayon Təhsil Sektoru və UGİŞ M-in əməkdaşları, ilk təşkilatlarda fəailiyyət göstərən 42 nəfərdən çox şahmat həvəskarları iştirak etdilər.Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən natiqlər qədim intellektual idman növü olan şahmatın üstünlüklərindən, şagirdlərin ümumi inkişafına göstərdiyi müsbət təsirlərindən və rayonumuzun şahmat məktəbinin yetirmələrinin uğurlarından danışdılar.
Qeyd olundu ki, ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən bu yarışda l yeri tutan təhsil işçisi May ayında keçiriləcək final yarışına vəsiqə qazanacaqdır.
Gərgin və maraqlı keçən yarışın nəticələri belə oldu.
l- yer - Əliyev Fəxrəddin Ziyad oğlu, II yer- Seyfullayev Cavid Etibar oğlu, III yer- Zülfiyev İlham Mirzağa oğlu, IV yeri İbrahimov Şəhadət Əşrəf oğlu.
Yarışın ümumi nəticələrinə görə Lerik rayonu Əbulfəz Məmmədov adına mastayil kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili müəllimi Əliyev Fəxrəddin Ziyadv oğlu Respublika final yarışında iştirak etmək hüququ qazandı. Təbrik edirik.
Bütün qaliblər ETİHİ Lerik Rayon Komitəsinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
https://www.facebook.com/profile.php?id=61570902593317&__cft__[0]=AZYRGsjYcNux-Ej8dMxWDC7Q546Ubo3hsH1o4P_VZCjjvNDsl2G6jcUUfBXUN0UOZiNLgV8MCUUVBNhqFQ0hj5Z9VqgRFHQrMTfYfnUMFJtZMFUeT39ia3IPgReLTBbtela-toXCgEw_L5pnFU45ZixUJ9pKJ3I1sv3bB5tfOoDkP_dVp3RY8i_O8yFloPYTHdqX3zLwHRAd0XVVz0PyCwQY&__tn__=-UC%2CP-R













