Xəbərlər
Lerikdə yubiley silsilə tədbirlər keçirilir.

Elm və Təhsil İşçiləri Lerik Rayon Komitəsi tərəfindən 2026-cı ilin yanvar ayında yubiley yaşı tamam olan qabaqcıl təhsil işçiləri rayon komitəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif edilib.
Təltif olunanlar:
• Lerik şəhər 1 saylı tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Şıxaliyeva Gültəkin Ataman qızı – 60 yaş
• Əbülfət Müsayev adına Vizəzəmin kənd tam orta məktəbin direktoru, “Tərəqqi” medallı Ağayev Əhməd Hacı oğlu – 50 yaş və həmin məktəbin sinif müəllimi Aslanova Gülnarə Mirəziz qızı – 50 yaş
• Zəfər Müsayev adına Davradibi kənd ümumi orta məktəbin direktoru Abasov Fail Rafiq oğlu – 50 yaş
• Lerik rayonu Piran kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Şəfiyev Allahverdi Məcid oğlu – 65 yaş
• Elxan Fərəcov adına Zəriküməco kənd ümumi orta məktəbinin müəllimi Hümmətov Əlizamin Ramazan oğlu – 65 yaş
Yubiley yaşı tamam olan bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
#AHİK #ETİHİRespublikaKomitəsi #ETİHİLerikRayonKomitəsi #Təhsil #Yubiley #Müəllim









