“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

LERİKİN FÜSUNKAR TƏBİƏTİNDƏ BİR GÜN

17/06/2026, 12:39
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 21 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Lerik rayonuna bir günlük səfər təşkil olunub.

Səfər zamanı ittifaq üzvləri Azərbaycanın füsunkar təbiəti ilə seçilən Lerik rayonunun görməli məkanlarını ziyarət edib, bölgənin zəngin təbii gözəllikləri və əsrarəngiz mənzərələri ilə yaxından tanış olublar. Dağlarla əhatə olunan bu gözəl məkan iştirakçılarda xoş ovqat yaradaraq onlara yaddaqalan anlar yaşadıb.

Təşkil olunan səfər kollektiv üzvləri arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə və həmrəylik ruhunun güclənməsinə töhfə verib. Səfər ərzində keçirilən səmimi söhbətlər və xoş anlar səfər iştirakçıların yaddaşında gözəl xatirələr kimi qalıb.

İttifaq üzvləri onlar üçün yaradılan bu imkan və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.

Sosial şəbəkələrdə paylaş: