“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk həmkar sədrlərinin Göygölə təşkil olunan ekskursiyası xoş təəssüratlarla yadda qalıb.

21/06/2026, 21:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 21 iyun 2026-cı il tarixində ilk həmkar sədrlərinin asudə vaxtının səmərəli təşkili, onlar arasında qarşılıqlı əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə Göygöl rayonuna ekskursiya təşkil olunub. Gəzintidə iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev bu cür ekskursiyaların həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkilində, kollektiv həmrəyliyin möhkəmləndirilməsində və işgüzar münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, belə tədbirlərin iştirakçılar arasında qarşılıqlı anlaşmanın və əməkdaşlıq ruhunun daha da güclənməsinə töhfə verdiyini qeyd edib. Səfər zamanı həmkar sədrləri arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı ünsiyyət və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait yaranıb. Ekskursiya çərçivəsində iştirakçılar Göygölün füsunkar təbiəti, tarixi və görməli məkanları ilə yaxından tanış olub, rayonun zəngin turizm potensialı barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onlarda xoş təəssüratlar yaradaraq yaddaqalan anlarla müşayiət olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: