Xəbərlər
İlk həmkar təşkilat sədrləri ilə onlayn formatda görüş keçirilmişdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq
İlk həmkar təşkilat sədrləri ilə onlayn formatda görüş keçirilmişdir. Görüşün əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin sanatoriya və kurort xidmətlərindən istifadəsinin daha əlçatan və rahat şəkildə həyata keçirilməsi məqsədilə e-ahik platforması üzərindən seçim qaydalarının bir daha izah edilməsi olmuşdur.
Görüş zamanı iştirakçılara platformadan istifadə qaydaları ətraflı şəkildə nümayiş etdirilmiş, sanatoriya və kurortların seçilməsi, müraciətlərin göndərilməsi və qeydiyyat prosesləri barədə geniş məlumat verilmişdir. Eyni zamanda həmkar təşkilatı sədrlərinin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılmış, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
Qeyd olunmuşdur ki, belə maarifləndirici görüşlərin keçirilməsi həmkarlar ittifaqı üzvlərinin xidmətlərdən daha səmərəli istifadə etməsinə, rəqəmsal platformalar üzərindən müraciət prosesinin asanlaşdırılmasına və şəffaflığın təmin olunmasına mühüm töhfə verir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatmışdır.








