“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

12/11/2026, 16:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Bərdə Rayon Komitəsinin üzv təşkilatı olan Bərdə rayonu Qalib Quliyev adına Xanərəb kənd tam orta ümumtəhsil məktəbin ilk həmkarlar ittifaqı təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.

Növbədənkənar seçkinin keçirilməsinə səbəb əvvəlki sədri Ələsgərov Vüsal Vəli oğlu öz ərizəsinə əsasən həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsindən istefa verməsi olub.

Seçkidə məktəbin həmkarlar ittifaqı üzvləri iştirak edib. Səsvermə şəffaflıq və demokratik prinsiplər əsasında keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Vəliyeva Rima Hilal qızı Bərdə rayonu Qalib Quliyev adına Xanərəb kənd tam orta ümumtəhsil məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

Yeni sədrə fəaliyyətində uğurlar arzulayırıq.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: