Xəbərlər
İlk həmkarlar ittifaqı təşkilatlarının sədrləri üçün üçgünlük istirahət proqramı davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayından etibarən sosial layihəyə start verilib.
Layihənin əsas məqsədi ittifaq üzvlərinin sağlamlığının qorunması, asüdə vaxtlarının daha səmərəli təşkil edilməsidir.
Bu məqsədlə bölgələrdə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri üçün üçgünlük istirahət proqramı təşkil olunub.
Hazırda Zaqatala, Balakən və Qax rayon komitələrini təmsil edən 46 nəfərdən çox ilk həmkarlar ittifaqı təşkilat sədri ailə üzvləri ilə birlikdə “Günəşli” Sağlamlıq Mərkəzində və “Abşeron” Sanatoriyasında istirahət edir.
Layihə çərçivəsində qərb bölgəsindən gələn ilk təşkilat sədrləri ilə görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və məsul əməkdaşlar iştirak edib, geniş fikir mübadiləsi aparılıb, təşkilat sədrlərinin rəy və təklifləri dinlənilib.
Qeyd edək ki, indiyədək ümumilikdə 253 nəfər ilk həmkarlar ittifaqı təşkilat sədri bu cür istirahət imkanlarından yararlanıb.






