Xəbərlər
İlk həmkarlar təşkilatı sədrləri ilə geniş tərkibli iclas

10 aprel 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin təşkilatçılığı ilə 115 ilk həmkarlar təşkilatı sədrlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilmişdir.
İclasda ETİHİ Sumqayıt şəhər Komitəsinin sədri Elşad Novruzov çıxış edərək ötən ildə görülmüş işlər barədə məlumat vermiş, həmçinin təşkilati fəaliyyətlə bağlı bir sıra vacib məsələləri ilk həmkarlar təşkilatı sədrlərinin diqqətinə çatdırmış, gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparmışdır. Bəzi məsələlər səsverməyə çıxarılmışdır.
Həmçinin iclas çərçivəsində e-ahik.az sanatoriya və kurort rezervasiya sistemi ilə bağlı ilk həmkarlar təşkilatı sədrləri üçün ətraflı təlim keçirilmiş, sistemdən istifadə qaydaları böyük ekran vasitəsilə nümayiş etdirilmişdir.
Bununla yanaşı, ittifaq üzvlərinin əmək hüquqlarının qorunması istiqamətində, maddi yardımların verilməsi, üzvlərin asudə vaxtlarının səmərəli təşkili və digər aktual məsələlər ətrafında müzakirələr aparılmışdır.
Sonda sədrləri maraqlandıran suallar cavablandırılmış və təşkilati fəaliyyətlərində istifadə məqsədilə zəruri dəftərxana ləvazimatları təqdim edilmişdir.












