Xəbərlər
İlk həmkarlar təşkilatı sədrləri ilə görüş
25/09/2026, 14:50

25 sentyabr 2026-cı il tarixində Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran–Astara Regional Təhsil İdarəsinin xidməti ərazisində olan təhsil müəssisələrini təmsil edən 500-ə yaxın həmkarlar ittifaqı üzvü və ilk təşkilat sədrləri ilə görüş olub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nümayəndələrinin və rayon komitələri sədrlərinin də iştirakı ilə görülən işlər və qarşıdakı hədəflər müzakirə edilib. İlk təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb, çıxışlarda səsləndirilən məsələlər və təkliflər birgə dəyərləndirilib.







