“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib

22/08/2026, 06:11
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin ilk həmkarlar təşkilatı sədrləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi il ərzində görülmüş işlərə yekun vurmaq, qarşıda duran vəzifələri müzakirə etmək, həmçinin həmkarlar təşkilatlarının fəaliyyətinə dair hesabatları dinləmək olub.

Tədbirdə Ağstafa Rayon Komitəsinin bir il ərzində həyata keçirdiyi işlər barədə geniş hesabat təqdim edilib. Görülən işlər əks etdirilən cədvəl nümayiş olunub, il ərzində həyata keçirilən fəaliyyətləri əhatə edən videoçarx təqdim edilib. Eyni zamanda ilk həmkarlar təşkilatı sədrlərinin il ərzində gördükləri işlər, üzvlərin sosial-hüquqi məsələlərinin həlli istiqamətində həyata keçirdikləri fəaliyyət və təşkilatın işində əldə olunan nəticələr barədə hesabatları dinlənilib.

Həmkarlar ittifaqı hərəkatında fəallığı ilə seçilən, təşkilatın fəaliyyətinə daim dəstək göstərən və üzvlərin hüquq və mənafelərinin qorunmasında səmərəli fəaliyyət göstərən ilk həmkarlar təşkilatı sədrləri mükafat və fəxri fərmanlarla təltif ediliblər.

Görüş zamanı ilk həmkarlar təşkilatı sədrləri rayon komitəsinin fəaliyyəti barədə öz müsbət fikirlərini bildirərək, il ərzində görülən işlərdən və yaradılan imkanlardan məmnun olduqlarını qeyd ediblər. Onlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təhsil işçilərinə göstərilən diqqət və qayğıya, onların sosial hüquqlarının müdafiəsi, sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkilinə yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, rəhbərliyin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqət və dəstək yerli təşkilatların da öz vəzifələrini daha məsuliyyətli və düzgün şəkildə yerinə yetirməsinə mühüm stimul verir.

Beləliklə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin bir illik fəaliyyətinə yekun vurulub, görülən işlər ətrafında geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. İl ərzində həmkarlar ittifaqı hərəkatına verdikləri töhfələrə görə bütün ilk həmkarlar təşkilatı sədrlərinə dərin təşəkkür və minnətdarlıq bildirilib.

Birlikdə görülən işlər, həmrəyliyimiz və qarşılıqlı əməkdaşlığımız bundan sonra da həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin etibarlı müdafiəsinə xidmət edəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: