“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk Həmkarlar Təşkilatına Sədr seçildi

17/08/2026, 12:59
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Qırılı kənd 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirildi. Görüş zamanı əməkdaşların müraciətləri, təklifləri və həmkarlar ittifaqı ilə bağlı məsələləri dinlənildi.

Eyni zamanda, ilk həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin daha səmərəli təşkili məqsədilə sədr seçkisi keçirildi. Əvvəlki sədrin həmkarlar ittifaqı komitəsinin tapşırıqlarını vaxtında icra etməsində və müasir texniki vasitələrdən istifadədə çətinliklərinin olması nəzərə alınaraq, səsvermə yolu ilə Şəbnəm Tağıyeva ilk həmkarlar ittifaqı təşkilatının yeni sədri seçildi.

Yeni seçilmiş sədr həmkarlar ittifaqının Nizamnaməsi, qanunvericilik və fəaliyyət qaydaları ilə tanış edildi.

İnanırıq ki, Şəbnəm Tağıyeva üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, kollektivin hüquq və mənafelərinin müdafiəsi istiqamətində səmərəli fəaliyyət göstərəcək və kollektiv yeni sədrin fəaliyyətindən razı qalacaqdır.

Həmkarlar ittifaqı hər zaman üzvlərinin yanındadır

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: