Xəbərlər
İlk həmkarlar təşkilatında yeni sədr seçkisi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin iştirakı ilə 23 nömrəli tam orta ümumtəhsil məktəbində ilk həmkarlar təşkilatının sədr seçkisi keçirilmişdir.
İclasda çıxış edən Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov həmkarlar ittifaqlarının üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və müəllimlərin rifahının yüksəldilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat vermişdir. Həmçinin ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.
Daha sonra namizədliyi irəli sürülən Mustafayeva Mehparə Gülmirzə qızı səsvermə yolu ilə məktəbin ilk həmkarlar təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayır, liseyin həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində müvəffəqiyyətlər diləyirik







