Xəbərlər
İlk həmkarlar təşkilatının sədri Salam Mahmudovun 65 illik yubileyi qeyd olunub

Göyçay rayonu Ləkçılpaq kənd M.K.Atatürk adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Mahmudov Salam Əlisaab oğlunun 65 illik yubileyi münasibətilə məktəbdə təbrik mərasimi keçirilib.
Tədbirdə məktəbin müəllim kollektivi ilə yanaşı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi də iştirak edib.
Tədbir zamanı Salam müəllimin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, pedaqoji təcrübəsi, şagirdlərin bilik və bacarıqlarının formalaşmasında göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Onun müəllimlik fəaliyyətinin gənc nəslin təlim-tərbiyəsində və təhsilin inkişafında mühüm rol oynadığı qeyd edilib.
ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda Salam Mahmudov göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.
ETİHİ Göyçay Rayon Komitəsi olaraq Salam müəllimi 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı və firavan ömür arzulayırıq!






