“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk həmkarlar təşkilatının sədri təltif olundu

12/11/2025, 15:24
xeber1

Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd ümumi orta ümumtəhsil məktəbin ilk həmkarlar təşkilatının sədri Kərimov Əyyub Əjdər oğlu 65 illik yubileyi münasibətilə təltif olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsi tərəfindən ona hədiyyə təqdim olunub.

Tədbir zamanı Əyyub Kərimovun uzunmüddətli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və məktəbin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Ənvərli Misir yubilyarı təbrik edərək, ona möhkəm sağlamlıq, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: