Xəbərlər
İlk həmkarlar təşkilatının sədrinə fəxri fərman təqdim olunub.
Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri Məmmədova Zərifə İsa qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli iştirak edərək, Zərifə Məmmədovanı əlamətdar yubileyi münasibətilə səmimi təbrik edib, onun təhsil sahəsində uzunillik səmərəli fəaliyyətini, həmkarlar hərəkatının inkişafına verdiyi dəyərli töhfələri və ictimai fəallığını yüksək qiymətləndiriblər.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Zərifə Məmmədovaya fəxri fərman və hədiyyə təqdim olunub.
Tədbir iştirakçıları yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayıblar.



