Xəbərlər
İlk həmkarlar təşkilatlarının sədrləri üçün tur təşkil edilib
06/04/2026, 13:09

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Səbail Rayon Komitəsinin ilk həmkarlar təşkilatlarının sədrləri və ailə üzvləri həftəsonu Quba rayonunda "Nazlı bulaq" İstirahət Mərkəzində olub. İttifaq üzvləri bu təşəbbüsə və səmimi mühitdə həmkarlarla səmərəli istirahətin təşkil olunmasına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə təşəkkürlərini bildirib.




