Xəbərlər
İlk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə seminar keçirilmişdir

11 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsində ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə seminar keçirilmişdir.
Seminarın keçirilməsində əsas məqsəd həmkarlar təşkilatlarında sənədləşmə işinin təşkili vəziyyətini müzakirə etmək, yeni tədris ilində qarşıda duran məsələləri diqqətə çatdırmaq və bu istiqamətdə görüləcək işləri müəyyənləşdirmək olmuşdur.
Seminarda ETİHİ Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək görülmüş işlər barədə məlumat vermiş, qarşıda duran məsələlərə ciddi yanaşmağın və həmkarlar təşkilatlarının fəaliyyətini günün tələbləri səviyyəsində qurmağın vacibliyini qeyd etmişdir.
Seminarda ilk həmkarlar təşkilatlarının sədrləri də çıxış edərək qarşıya qoyulmuş hədəflərə çatmaq, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması, eləcə də təşkilati işlərin daha səmərəli qurulması istiqamətində səylə çalışacaqlarını bildirmişlər.






