“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk Həmkarlar İttifaqı Təşkilatına yeni sədr seçilib.

16/09/2026, 16:15
xeber1

14 sentyabr 2026-ci tarixində Salyan rayonu S.Qurbanov adına Yeni Uluxanlı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı təşkilatında rəhbərlik dəyişikliyi ilə əlaqədar keçirilən görüşdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib.

Görüşdə təşkilatin gələcək fəaliyyəti, qarşıda duran vəzifələr və həmkarlar ittifaqı üzvlərinin hüquq və maraqlarının daha etibarlı müdafiəsi istiqamətində göruləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Bu günədək təşkilata rəhbərlik etmiş, çalışmanın yaş həddinə çatması ilə əlaqədar sədr vəzifəsindən ayrilan Lətif İsfəndiyar oğlu Qəmbərova göstərdiyi xidmətlərə, əməyinə və həmkarlar ittifaqı üzvlərinin maraqlarının qorunması istiqamətində gördüyü işlərə görə təşəkkür edilib.

Daha sonra səsvermə yolu ilə məktəbin ilk həmkarlar ittifaqı təşkilatına ali təhsilli tarix müəllimi Kərimli Savalan Abdulsalam oğlu yeni sədr seçilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: