Xəbərlər
İlk təşkilat kollektivi üçün ekskursiya

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin dəstəyi ilə xidmətində olduğu Şəki şəhər 23 nömrəli uşaq bağçasının ittifaq üzvləri üçün Oğuz rayonuna ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar Oğuz rayonunun füsunkar təbiəti, zəngin yaşıllıqları, tarixi-mədəni abidələri və görməli-gəzməli məkanları ilə yaxından tanış olublar. Səfər çərçivəsində rayonun turizm potensialı haqqında məlumat verilib, iştirakçılar təbiətin gözəlliklərini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar.
Qeyd edək ki, bu cür ekskursiyaların təşkili ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə, onların mənəvi istirahətinin təmin olunmasına, kollektiv üzvləri arasında dostluq, həmrəylik və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir





