Xəbərlər
İlk təşkilat sədrinin seçilməsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin xidmətində olan Bakı şəhəri Binəqədi rayonunun 182 nömrəli tam orta ümumtəhsil məktəbində növbədənkənar sədr seçkisi keçirilib.
İclas çərçivəsində təhsil müəssisəsinin kollektivinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məqsəd və vəzifələri, üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə yaradılan imkanlar barədə ətraflı məlumat verildi.
Daha sonra şəxsi təşəbbüsü ilə vəzifəsindən ayrılan ilk təşkilat sədrinin yerinə yeni sədr seçkisi keçirildi.Kollektiv tərəfindən səs çoxluğu ilə Vəliyeva Nurlana Şahvələd qızı 182 nömrəli tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar İttifaqı Təşkilatının yeni sədri seçildi.
ETİHİ Binəqədi Rayon Komitəsi olaraq yeni seçilmiş sədri təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.





