“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk təşkilat sədrləri ilə görüş keçirildi

05/06/2026, 19:46
xeber1

ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə ilk təşkilat sədrləri ilə görüş təşkil olunub.


Görüşdə yay mövsümü ilə bağlı qarşıda duran məsələlər, həmkarlar ittifaqı üzvlərinə göstəriləcək dəstək tədbirləri müzakirə edilib. Eyni zamanda sanatoriya-kurort müraciətləri, qeydiyyat qaydaları və bu istiqamətdə üzvlərə göstəriləcək köməkliklər barədə ətraflı məlumat verilib.


ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov ilk təşkilat sədrlərinin təklif və müraciətlərini dinləyib, qarşılıqlı fikir mübadiləsi aparılıb.


Səmimi çay süfrəsi ətrafında keçirilən görüşdə həmkarlar ittifaqı üzvlərinə maksimum diqqət və dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb, yay mövsümünə birlik və əməkdaşlıq ruhunda start verilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: