Xəbərlər
Qaradağ Rayon Komitəsi ilk təşkilat sədrləri üçün Şəki turu təşkil etdi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə Qaradağ ETİHİ olaraq ilk təşkilat sədrlərləri ilə Şəkiyə tur təşkil olundu. Səfər boyunca həm maarifləndirici, həm də komanda ruhunu gücləndirən geniş proqram həyata keçirildi.
İttifaq üzvləri arasında viktorinalar, bilik yarışmaları, komanda oyunları təşkil olundu. Tur boyunca sədrlərin aktivliyi və enerjisi səfərə xüsusi rəng qatdı. Yarışlarda fərqlənən və qalib gələn iştirakçılara isə xüsusi hədiyyələr təqdim olundu, bu da motivasiyanı və rəqabət ruhunu daha da artırdı.
Şəkinin tarixi memarlığı, mədəni irsi və füsunkar təbiəti ilə tanışlıq günün ən unudulmaz anlarını yaratdı. Təşkil olunmuş səfər həm istirahət, həm öyrənmə, həm də təşkilat sədrləri arasında sıx əməkdaşlıq və birlik mühitinin gücləndirilməsində xüsusi rol oynadı.
Bu gözəl təşəbbüsün həyata keçirilməsinə verdikləri dəstəyə görrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Komitəsinə çoxsaylı ittifaq üzvləri adından səmimi təşəkkürümüzü bildiririk.








