Xəbərlər
İlk təşkilatın yaradılması
27/02/2026, 12:08

26.02.2026-cı il tarixdə tabeliyimizə yeni verilmiş Bakı şəhəri 342 nömrəli tam orta məktəbdə ilk həmkarlar ittifaqı təşkilatının yaradılması üçün kollektivlə görüşdük. Kollektivlə tanışlıqdan sonra həmkarlar təşkilatı və məktəbdə onun rolu barədə geniş məlumat verildi. Daha sonra gündəlik və yığıncağın reqlamenti səsvermə yolu ilə təsdiq edildi. Açıq səsvermə yolu ilə həmkarlar ittifaqı komitəsi və təftiş komissiyasının üzvləri seçildi. Bununla yanaşı ilk həmkarlar ittifaqı təşkilatına sədrin seçilməsi ilə yığıncaq sona çatdı. Yığıncağın sonunda kollektivin suallarına ətraflı cavab verən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov kollektivə uğurlar dilədi.





