“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İlk təşkilatlara yeni möhürləri təqdimetmə mərasimi keçirildi.

26/11/2025, 21:48
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsində təhsil müəssisələrinin rəhbərləri ilə ilk təşkilat sədrləri arasında 2025-2027- ci illər üçün tərtib olunmuş kollektiv müqavilənin müzakirəsi və imzalanması , həmçinin ilk təşkilatlara yeni möhürləri təqdimetmə mərasimi keçirildi. 


Tədbirdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, təhsil müəssisəsinin rəhbərləri, ilk Həmkarlar İttifaqı təşkilat sədrləri iştirak etdilər. Kollektiv müqavilənin bəndləri müzakirə olundu ,yeni dəyişikliyə münasibət bildirildi. 


Dərs ilinin istənilən vaxtında sanatoriya göndərişlərindən istifadə etməyə şərait yaradılmasına köməklik göstərdiyinə görə ETİHİ Respublika Komitəsinə minnətdarlıq bildirildi.


Ümumən müqavilənin bəndləri təhsil işçilərini qane etdi və imzalanma baş tutdu.Kollektiv müqavilənin şərtlərinin həyata keçirilməsi üçün tərəflərin üzərinə düşən vəzifələrin yerinə yetirilməsində təhsil müəssisəsi rəhbərlərinə və Həmkarlar İttifaqı ilk təşkilat sədrlərinə uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: