Xəbərlər
İlk təşkilatlarda şahmat həyəcanı
16/03/2026, 10:47

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri üzrə komissiyasının qərarına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ümumrespublika üzrə təhsil işçiləri arasında şahmat turniri keçiriləcək.
Turnirin rayon mərhələsində iştirak edəcək yarışçıların müəyyənləşdirilməsi məqsədilə ilk təşkilatlarda şahmat yarışları təşkil olunub.
Keçirilən yarışlarda qalib olan iştirakçılar aprel ayında baş tutacaq rayon birinciliyində mübarizə aparacaqlar. Qeyd edək ki, rayon mərhələsinin qalibi daha sonra Respublika turnirində iştirak etmək hüququ qazanacaq.















