Xəbərlər
ll Qarabağ müharibəsi veteranının anası Tağıyeva Reyhan Ələkbərov qızının 65 illik yubileyi məktəb kollektivinin və ETİHİ Tovuz Rayon Komitəsinin birgə təşkilatçılığı ilə qeyd olunmuşdur

Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, ll Qarabağ müharibəsi veteranının anası Tağıyeva Reyhan Ələkbərov qızının 65 illik yubileyi məktəb kollektivinin və ETİHİ Tovuz Rayon Komitəsinin birgə təşkilatçılığı ilə qeyd olunmuşdur. Ömrünün 45 ilini ibtidai sinif müəllimi kimi fəaliyyət göstərərək, şagirdlərin təlim tərbiyəsində xüsusi rolu olmuşdur. Hər zaman pedaqoji ustalığı və səmərəli fəaliyyəti ilə fərqlənmişdir. Reyhan müəllim ETİHİ Tovuz Rayon Komitəsi tərəfindən fəxri fərman, gül dəstəsi və hədiyyə ilə təltif olunmuşdur.






