Xəbərlər
Maarifləndirici tədbirlər keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə Bucaq kənd tam orta ümumtəhsil , Böyük Söyüdlü kənd tam orta ümumtəhsil və Tale Babayev adına Yaqublu kənd tam orta ümumtəhsil məktəblərində Narkomaniya və narkotik vasitələrin qanunsuz dövrüyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər təşkil olunmuşdur.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, müəssə rəhbərləri, gənc müəllimlər, 9,10,11ci sinif şagirdləri iştirak etmişdir.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu zərərlər, narkotik vasitələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr və bu bəla ilə mübarizənin vacibliyi barədə ətraflı məlumat verilmişdir.
Şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzini seçmək, asudə vaxtlarını səmərəli keçirmək və narkomaniyaya qarşı mübarizədə hər kəsin üzərinə düşən məsuliyyət izah edilmişdir.
Qeyd olunmuşdur ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin sağlam ruhda formalaşmasına, narkomaniyanın fəsadları barədə məlumatlılığının artırılmasına və sağlam gələcəyin təmin olunmasına töhfə verməkdir.








