“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Maarifləndirici və İstirahət Dolu Ekskursiya

21/10/2025, 13:54
xeber1

29 iyun 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə təşkil olunan ekskursiya çərçivəsində müəllimlərimiz gözəl təbiəti, zəngin tarixi və mədəni irsi ilə seçilən Şəki, Qax və İlisu bölgələrinə səyahət etdilər.

Səfər zamanı iştirakçılar Azərbaycanın bu dilbər guşələrinin füsunkar mənzərələrini seyr etməklə yanaşı, xalqımızın qədim yaşayış məskənləri və mədəniyyət nümunələri ilə də tanış oldular. Bu ekskursiya müəllimlər üçün təkcə maarifləndirici deyil, eyni zamanda istirahət və kollektiv əlaqələrin möhkəmləndirilməsi baxımından da önəmli oldu.

Belə təşəbbüslərin həyata keçirilməsinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına dərin təşəkkürümüzü bildiririk. Arzu edirik ki, bu kimi faydalı layihələr gələcəkdə də davamlı olsun!

#ETN #MÜTDA #GDRTİ #GöygölRTS #MəktəbTəhsili #Təhsilİşçiləri #Həmkarlarİttifaqı #Ekskursiya #İlisu #Qax #Şəki #TəhsiləDəstək #Minnətdarlıq #ATİAHİ

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: