Xəbərlər
“Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzi”nin uğurlu fəaliyyəti
13/08/2026, 19:03

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət "Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzinin" könüllüləri tərəfindən 03-13 avqust tarixlərində keçirilən qeydiyyat prosesi zamanı 6862 onlayn və 946 əyani müraciət uğurla cavablandırılmışdır.
10 gün davam edən qeydiyyat prosesi müddətində könüllülərimiz universitetimizi seçən magistrlara sənəd qəbulu prosesində dəstək göstərmiş, onları maraqlandıran sualları cavablandırmış və qeydiyyat prosesinin uğurla həyata keçirilməsinə öz töhfələrini vermişlər.
UNEC adından bütün koordinator və könüllülərimizə göstərdikləri fəallıq, məsuliyyət və dəstəyə görə təşəkkür edirik!















