Xəbərlər
Mahmudavar kəndində müəllim Fərəcova Həqiqət İlyas qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Mahmudavar kəndində müəllim əməyinə dəyər verilən tədbir kecirilib.
22 dekabr 2025-ci il tarixdə Masallı rayon Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbdə pedaqoji fəaliyyətini ədalətli zəhmət və insanlara sevgiylə yoğurmuş bir müəllimin – Fərəcova Həqiqət İlyas qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
Çıxış edənlər Həqiqət müəllimənin illər boyu göstərdiyi səmərəli fəaliyyətdən, onun gənc nəslin formalaşmasında oynadığı roldan, savadlı və vətənpərvər şagirdlərin yetişməsində əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Həqiqət xanım öz fədakarlığı, sadəliyi və səmimiyyəti ilə pedaqoji kollektiv arasında daim böyük nüfuz qazanmışdır.
Tədbirdə çıxış edən Rasim Nurullayev qarşidan gələn "Yeni il" və "Dünya Azərbaycanlılarinin Həmrəylik Günü" münasibətilə AHİK və ETİHİ rəhbərliyi adından məktəb kollektivini təbrik etdi. Rasim Nurullayev yubilyara səmimi arzularını ifadə etdikdən sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin adından Həqiqət müəlliməyə Fəxri Fərman və mükafat təqdim etmişdir.
Yubilyar göstərilən diqqət və qayğıya görə təşkilatçılara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmiş, ömrünü müəllimlik kimi şərəfli peşəyə həsr etdiyindən qürur duyduğunu qeyd etmişdi






