Xəbərlər
MAHİRƏ ABDULLAYEVA 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏLTİF OLUNUB

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mahirə Mövlud qızı Abdullayevanın 60 illik yubileyi münasibətilə təltif mərasimi keçirilib.
Elmi-pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr, elmi araşdırmaları və beynəlxalq elmi tədbirlərdə iştirakı ilə seçilən Mahirə Abdullayeva universitetin və Filologiya fakültəsinin ictimai həyatında da fəallığı ilə fərqlənir.Yubiley münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Mahirə Abdullayevaya Fəxri fərman, gül dəstəsi və pul mükafatı təqdim olunub.Onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyət, peşəkarlıq və universitet kollektivinin həyatında fəal iştirakı yüksək dəyərləndirilib.
Mahirə xanımı 60 illik yubileyi münasibətilə təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!




