“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Mallı Şıxlı məktəbinin müəllim kollektivi Oğuz–Qax istiqamətində ekskursiyada olub

05/07/2026, 19:32
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Qafur Səmədov adına Mallı Şıxlı kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi Oğuz–Qax istiqamətində ekskursiyada iştirak edib.


Səfər çərçivəsində müəllimlər Oğuz və Qax rayonlarının füsunkar təbiəti, tarixi-mədəni məkanları ilə tanış olub, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektivin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.


İştirakçılar təşkil olunan ekskursiyaya görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin müəllimlərin motivasiyasına və iş əhval-ruhiyyəsinə müsbət təsir göstərdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: