“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İmarət Kompleksində təhsil işçiləri arasında intellektual turnir

15/06/2026, 14:06
xeber1

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi və İmarət İntellektual Klubunun birgə təşkilatçılığı ilə Ağdam şəhərində yerləşən İmarət Kompleksində Ağdam rayonunun təhsil işçiləri arasında intellektual yarış keçirildi.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində və müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını vurğuladılar.

Ümumilikdə 10 komandanın iştirak etdiyi yarış gərgin və maraqlı mübarizə şəraitində keçdi. Yarışın yekun nəticələrinə əsasən “Tiki Taka” komandası I yerə, “Şahbulaq” komandası II yerə, “Qurtuluş” komandası isə III yerə layiq görüldü.

Yarışın sonunda qalib və fərqlənən komandalara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olundu.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və yüksək əhval-ruhiyyə şəraitində başa çatdı. Milli Qurtuluş Gününə həsr olunmuş bu intellektual yarış təhsil işçiləri arasında bilik mübadiləsinin, əməkdaşlıq əlaqələrinin və həmrəyliyin gücləndirilməsinə xidmət etdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: