“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masallı məktəblilərindən beynəlxalq uğur – SAF 2025 Beynəlxalq STEAM Azərbaycan Festivalında qızıl, gümüş və bürünc medallar

11/12/2025, 16:25
xeber1

Masallı məktəblilərindən beynəlxalq uğur – SAF 2025 Beynəlxalq STEAM Azərbaycan Festivalında qızıl, gümüş və bürünc medallar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi daim təhsil müəssisələrini diqqət mərkəzində saxlayır. Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərini qorumaqla yanaşı, onların qazandığı uğurların təbliğinə də xüsusi önəm verir.

Bu dəfəki sevindirici xəbər Masallı rayonu Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbindən gəlib. Belə ki, məktəbin şagirdləri və müəllimləri SAF 2025 Beynəlxalq STEAM Azərbaycan Festivalında parlaq nəticələr göstərərək rayon təhsilinin bayrağını yüksəkdə dalğalandırıblar.

Məktəbi təmsil edən komandalar - "Forward 44" komandası – “Imagination to Reality” kateqoriyası üzrə I yeri tutaraq qızıl, "Green Mario" – “Rolling minds” kateqoriyası üzrə II yer - gümüş, "Super Mario" – “Rolling minds” kateqoriyası üzrə II yer - gümüs, "Red Mario" – “Rolling minds” kateqoriyası üzrə III yer -bürünc, "Mario-44" – “Rolling minds”kateqoriyası üzrə III yer – bürünc, “BMM-2024” – “Boat racing” kateqoriyası üzrə III yer –bürünc medallara, “Saturn” komandası isə “Deep Dive”kateqoriyası üzrə həvəsləndirici mükafatlara layiq görülmüşlər. Komandalara məktəbin mentorları Abdullayeva Fidan Azadəli qızı, Rəşidova Aygün Raci qızı və Abdullayev Nemət Əlizaman oğlu rəhbərlik edirdi. Qalib komanda üzvləri Fəxri Fərman və Təltifnamələrə layiq görülmüş, müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Bu böyük uğur münasibətilə məktəbdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevin təşəbbüsü və iştirakı ilə qalib komandalarla xüsusi görüş keçirilib. Görüşdə Komitənin əməkdaşları, Masallı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Azər Eyvazov, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Rasim Nurullayev tədbirdə çıxış edərək, AHİK sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini tədbir iştirakçılarına çatdırmış, bu qələbənin yalnız məktəb və rayon deyil, bütövlükdə ölkə təhsili üçün qürurverici olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, AHİK və ETİHİ bu gün də təhsil işçilərinə, xüsusilə fədakar müəllimlərə diqqət və qayğı ilə yanaşır, onların əməyini yüksək qiymətləndirir. Rasim Nurullayev qalibləri səmimi qəlbdən təbrik etmiş, gənc nəslin təhsildə, texnologiyada və yaradıcı düşüncədə belə nailiyyətlər əldə etməsinin sevindirici olduğunu vurğulamışdır.

Məktəb rəhbərliyi və qalib komanda üzvləri çıxış edərək göstərilən diqqətə görə AHİK və ETİHİ rəhbərliyinə, Rasim Nurullayevə və tədbirdə iştirak edən bütün qonaqlara dərin təşəkkürlərini bildirmişlər.

Qaliblərin timsalında bir daha sübut olundu ki, müasir təhsilin təməlində innovasiya, yaradıcılıq və əməkdaşlıq dayanır. Bu yolda fədakar müəllimlər və çalışqan şagirdlər hər zaman uğurun əsas açarıdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: