Xəbərlər
Masallı müəllimlərinin beynəlxalq və respublika səviyyəsində göstərdikləri yüksək nəticələr.

Masallı rayonunun təhsil işçiləri müxtəlif beynəlxalq və respublika səviyyəli müsabiqə və olimpiadalarda qazandıqları nailiyyətlərlə rayonun təhsil mühitinə böyük töhfə verməkdə davam edirlər.
Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi Bayramov Emil Allahverən oğlu Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən VIII Beynəlxalq Müəllimlərarası Fizika Olimpiadasında uğurla çıxış edərək II yerə (gümüş medal) layiq görülüb . Onun qazandığı bu nailiyyət müəllim peşəkarlığının və Azərbaycan təhsilinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər uğurlu nəticə isə Hişkədərə kənd E.Ağayev adına tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Məmmədəliyev Əlizamin Əlipaşa oğlu tərəfindən əldə olunub. O, akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş "Zəfər Olimpiadası"nda coğrafiya fənni üzrə I yerə layiq görülüb.
Qeyd olunan nailiyyətlərə görə hər iki müəllim ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələrlərlə təltif olundular.







