“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masallı rayonunda 28 May – Müstəqillik Gününə və Masallı Dövlət Regional Kollecinin “Gurşad” jurnalının təqdimatına həsr olunmuş “Müstəqilliyin təntənəsi” adlı konfrans keçirilib.

28/05/2026, 11:56
xeber1

Masallı rayonunda 28 May – Müstəqillik Gününə və Masallı Dövlət Regional Kollecinin “Gurşad” jurnalının təqdimatına həsr olunmuş “Müstəqilliyin təntənəsi” adlı konfrans keçirilib.

Tədbir Masallı Dövlət Regional Kolleci, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi və Masallı rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasi Masallı rayon təşkilatının və Yeni Azərbaycan Partiyasi Lənkəran şəhər təşkilatının tərəfdaşlığı ilə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin dəstəyi əsasında təşkil olunub.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 28 May Azərbaycan xalqının tarixində mühüm yer tutan əlamətdar gündür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. Vurğulanıb ki, xalqımız müstəqillik ideallarına daim sadiq qalıb, bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafını uğurla davam etdirir.

Çıxışlarda “Gurşad” jurnalının tələbələrin yaradıcılıq imkanlarının üzə çıxarılmasında, onların dünyagörüşünün və düşüncə tərzinin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, belə nəşrlər gənclərdə mütaliəyə, araşdırmaya və yaradıcılığa marağı artırır.

Tədbir çərçivəsində kollecin müəllim və tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda rayonun ictimai həyatında və konfransın təşkilində fəallıq göstərən bir qrup şəxs fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: