“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masallıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

21/10/2025, 11:00
xeber1

Masallıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Masallı Rayon Komitəsinin təsir dairəsində olan ümumtəhsil müəssisələrində tədbirlər keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təşkil olunan görüşlərdə müəllimlərin əməyi yüksək qiymətləndirilib, onlara təbriklər çatdırılıb.

Banbaşı kənd C.Qasımov adına, Yeyənkənd kənd Ə.İsmayılov adına, Viləş kənd S.Hacıyev adına, Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli, Həsənli kənd və Ərəb kənd M.Hacıyev adına ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə ETİHİ Respublika Komitəsinin nümayəndəsi Əli Rzayev və ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev iştirak ediblər.

Müəllimlər göstərilən diqqət və qayğıya görə AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə minnətdarlıqlarını bildiriblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Masallı Rayon Komitəsi bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edir, onlara sağlamlıq və fəaliyyətlərində uğurlar arzulayır.

Müəllimlər Gününüz mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: