“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masallıda “Startap və İnnovasiyalar Aylığı”nın yekun tədbiri keçirilib

16/03/2026, 17:35
xeber1

Masallıda “Startap və İnnovasiyalar Aylığı”nın yekun tədbiri keçirilib

ETİHİ Masallı Rayon Komitəsi təkcə həmkarlar ittifaqı üzvlərinin sosial-əmək hüquqlarının qorunması ilə kifayətlənmir. Komitə Fəaliyyət Proqramına uyğun olaraq, təhsil sahəsində həyata keçirilən yenilikləri daim diqqətdə saxlayır, innovativ layihələrin və müasir təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir. Bu baxımdan, yeni texnologiyaların və yaradıcı təşəbbüslərin təşviqinə yönəlmiş tədbirlərin təşkilinə göstərilən dəstək təhsilin inkişafına verilən mühüm töhfələrdən biridir.

Bu gün Masallı rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəbləri arasında keçirilən “Startap və İnnovasiyalar Aylığı” çərçivəsində seçilən layihələrin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.

ETİHİ Masallı Rayon Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə müdirinin müavini Rəhim Rəhimov, ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, Masallı Rayon üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, eləcə də rayonun digər müəssisə və təşkilatlarının rəhbərləri, qalib komandaların üzvləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər şagirdlərdə innovativ düşüncə tərzinin formalaşdırılmasının, yeni texnologiyalara marağın artırılmasının və startap təşəbbüslərinin dəstəklənməsinin müasir təhsil sistemində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq belə layihələrin gənclərin yaradıcı potensialının inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Sonda aylıq çərçivəsində fərqlənən məktəb komandaları və şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

#AHİK #ETİHİRespublikaKomitəsi #ETİHİMasallıRayonKomitəsi #MasallıRayonİcraHakimiyyəti #LARTİ #Masallırayonuüzrətəhsilsektoru #təhsil #innovasiyalar

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: