“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Masallıda uzun illər fəaliyyət göstərmiş qocaman pedaqoqların yubileyi keçirildi.

02/12/2025, 16:06
xeber1

Masallıda nüfuzlu pedaqoqun yubileyi qeyd olundu

29 noyabr 2025-ci il tarixində Masallı rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin direktoru, təcrübəli pedaqoq Azadəli Vəliyevin 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, eləcə də ETİHİ Masallı Rayon Komitəsinin , Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəbin kollektivi, digər məktəb direktorları, Azadəli müəllimin ailə üzvləri və dostları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər yubilyarın uzun illər ərzində təhsilin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərindən, rəhbərlik etdiyi məktəbin əldə etdiyi uğurlardan söz açdılar. Bildirildi ki, Azadəli müəllimin rəhbərliyi dövründə məktəb buraxılış imtahanlarında yüksək nəticələr əldə etmiş, ali məktəblərə qəbul olan şagirdlərin sayı artmışdır. Məktəb 2019-cu ildə Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin, 2022-ci ildə isə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.Son illər ardıcıl olaraq STEAM layihələri üzrə də məktəb mühüm uğurlar qazanmışdıır. Belə ki, məktəbin komandaları SAF 2025 – Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif nominasiyalar üzrə 1 qızıl, 2 gümüş, 3 bürünc medal əldə etmişdir.

Tədbirdə Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin aparıcı məsləhətçisi Vahid Əhədov çıxış edərək yubilyarı səmimi arzularla təbrik etmişdir. Həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmməovun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin səmimi təbriklərini çatdırmış, ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanını yubilyara təqdim etmişdir. Qeyd olunmuşdur ki, Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı hər zaman fədakar təhsil işçilərinə diqqət və qayğı ilə yanaşır, onların xidmətlərini yüksək qiymətləndirir.

Sonda Azadəli müəllim göstərilən diqqət və səmimi təbriklər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, ETİHİ Respublika Komitəsinə, Masallı Rayon Komitəsinə və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirmişdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: