“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Masallıda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla anıldı"

10/11/2025, 10:08
xeber1

Zəfər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin və Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin, Masallı Dövlət Regional Kollecinin və Masallı Peşə Məktəbinin pedaqoji kollektivləri Qəhrəmanlar Parkını ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılar şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər düzüb, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı dərin ehtiramla yad ediblər.

Tədbir şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gələcək nəsillərə ötürüləcək müqəddəs bir dəyər olduğunu bir daha nümayiş etdirdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: